Agnes Kallamard Qaşıqçı işilə bağlı Səud məhkəməsinin hökmünü tənqid etdi

Agnes Kallamard  Qaşıqçı işilə bağlı Səud məhkəməsinin hökmünü tənqid etdi

BMT-nin məhkəmə çərçivəsindən kənar edamlar məsələləri üzrə xüsusi məruzəçisi, Ərəbistan məhkəməsinin Camal Qaşıqçının qətli işi barədəki hökmlərini qanunsuz adlandırıb.

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki Agnes Kallamard bazar ertəsi günü gecə Qaşıqçı məhkəməsinin hökmlərini və bu işə baxılması prosesini "ədalətin lağa qoyulması" adlandırıb. O bildirib ki, Qaşıqçının qətli işi müttəhimlərinin mühakimə prosesi insaf, ədalət və şəffaflığa malik olmayıb.

Camal Qaşıqçının nişanlısı Xədicə Çingiz də nişanlısının işi ilə bağlı verilmiş hökmləri "ələsalma" adlandırıb.

 Səudiyyə Ərəbistanının dövlət televiziyası Washington Post qəzetinin qətlə yetirilən köşə yazarı və Səudiyyə hökumətinin tənqidçisi olan Camal Qaşıqçı  ailəsinin beş nəfəri edam cəzasından qurtaran əfvi elan etməsindən sonra onun işi ilə bağlı məhkəmənin son hökmləri verdiyini bildirib.

Xəbəri paylaş

VİDEOLAR