6.05.2025 19:11:31
Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi baş tutub – hər iki tərəf eyni sayda hərbçini qarşılıqlı olaraq azad edib.
Az.rasthaber.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 6 may tarixində aparılan danışıqlar nəticəsində Rusiya ordusunun 205 hərbi qulluqçusu Ukraynanın nəzarətində olan ərazidən geri qaytarılıb. Əvəzində, 205 Ukrayna hərbçisi də Rusiya tərəfindən geri təhvil verilib.