Qaşıqçı cinayətinin istintaqı bitdi, hökm oxundu

Qaşıqçı cinayətinin istintaqı bitdi, hökm oxundu

Səud prokurorluğu dünən bir məlumat yayıb.

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, Səud prokurorluğu dünən bir məlumat yayıb.

Məlumatda qeyd edilir ki, Səudiyyə Ərəbistanının dövlət televiziyası Washington Post qəzetinin qətlə yetirilən köşə yazarı və Səudiyyə hökumətinin tənqidçisi olan Camal Qaşıqçı  ailəsinin beş nəfəri edam cəzasından qurtaran əfvi elan etməsindən sonra onun işi ilə bağlı məhkəmənin son hökmləri verdiyini bildirib.

Ər-Riyad Cinayət Məhkəməsi bazar ertəsi səkkiz nəfər barəsində çıxarılan hökmü açıqlayıb.

Məhkəmə beş nəfərin hər birini 20 il, bir nəfəri 10 il, iki nəfəri isə 7 il müddətinə həbs cəzasına məhkum edib.

Məhkəmə prosesi hüquq müdafiə qrupları və BMT-nin müstəqil təhqiqatçısı tərəfindən geniş tənqidlərə məruz qalıb. Onlar yüksək səviyyəli heç bir rəsminin, ya da qətli sifariş etməkdə şübhəli bilinən heç kəsin günahkar tanınmadığını qeyd edib. Məhkəmənin müstəqilliyi də şübhə altına alınıb.

Washington Post qəzetinin yazarı, ABŞ-da yaşayış icazəsi olan Camal Qaşıqçı evlənmək üçün sənədlərini almaq məqsədilə 2018-ci il oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna getdiyi zaman orada qətlə yetirilib. Qaşıqçı  Washington Post qəzetində yazdığı məqalələrdə Səudiyyə Ərəbistanının vəliəhdi, şahzadə Məhəmməd bin Salmanın yürütdüyü siyasəti tənqid edirdi.

Qeyd edək ki, Qaşıqçının övladları atalarının qatillərini ölkədən çıxmalarına qoyulan qadağa və bəzi təzyiqlərdən sonra əfv ediblər.

Beynəlxalq İnsan Haqları qurumları bu cinayəti xüsusi nəzarətdə saxlasa da, ABŞ təzyiqilə vəhabi krallığa qarşı heç bir sanksiya tətbiq edilməmişdir.

Xəbəri paylaş

VİDEOLAR