Ağ Ev qarşısında Fələstin və Livan dəstəkçisi özünü yandırıb

Ağ Ev qarşısında Fələstin və Livan dəstəkçisi özünü yandırıb

Sionist rejimin Qəzzə zolağı və Livana təcavüzünə etiraz edənlərdən biri ABŞ-ın paytaxtı Vaşinqtonda Ağ Evin ətrafında keçirilən aksiyada özünü yandırıb.

Az.rasthaber.com xəbər verir ki, Reuters xəbər agentliyi bu şəxsin Vaşinqtonda Fələstinə dəstək aksiyasında qolu yanan və orada olan insanların şaldan istifadə edərək alovu söndürməyə çalışarkən çəkilmiş şəkillərini dərc edib.

Washington Post xəbər verir ki, adı açıqlanmayan şəxs jurnalist olduğunu iddia edib və özünü Yaxın Şərqdəki böhranla bağlı yalan məlumat yaymaqda ittiham edib.

Xəbəri paylaş

VİDEOLAR