Yaralıların bölgədəki xəstəxanalara aparıldığı, partlayışın ətrafda maddi ziyana səbab olduğu bildirilib.
Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, Suriyanın şimalında müxaliflərin nəzarəti altında olan Afrin bölgəsində minalanmış bir avtomobil tərəfindən həyata keçirilən terror hücumunda 5 uşaq yaralanıb.
"Zeytun budağı" əməliyyatı ilə terrordan təmizlənən Afrinin qəsəbə mərkəzində park edilmiş bir maşına qoyulmuş bombanın iftar saatlarında partladılması nəticəsində maşının ətrafında oynayan 5 uşaq yaralanıb.
Yaralıların bölgədəki xəstəxanalara aparıldığı, partlayışın ətrafda maddi ziyana səbab olduğu bildirilib.
Hücumla əlaqədar istintaq başlatan təhlükəsizlik qüvvələri hücumun terror təşkilatı YPG/PKK tərəfindən həyata keçirildiyi üzərində dayanır.
Afrin rayon mərkəzi 18 mart 2018-ci il tarixində "Zeytun budağı" əməliyyatı çərçivəsində terror təşkilatı YPG/PKK-dan xilas edilmişdi.