ABŞ Türkiyəni yenidən sanksiyalarla təhdid etdi

ABŞ Türkiyəni yenidən sanksiyalarla təhdid etdi

Bu barədə ABŞ dövlət katibinin köməkçisi Klark Kuper bildirib.

Rasthaber TASS-a istinadən xəbər verir ki, S-400 ZRS-ların alışına görə ABŞ-ın Türkiyəyə qarşı sanksiyaların tətbiqi təhlükəsi artmaqdadır.

Bu barədə ABŞ dövlət katibinin köməkçisi Klark Kuper bildirib.

Onun sözlərinə görə, Türkiyəyə sanksiya tətbiq etmə riski “heç zaman itməyib”, hazırda isə bu risk “artandır”.

O qeyd edib ki, Rusiyadan bu cür məhsullar almaq istəyən digər dövlətlərin də gözləri ABŞ-dadır. Onlar ABŞ sanksiyalarının nədən ibarət olacağını görmək istəyirlər.

Xatırladaq ki, Ankaranım 2017-ci il sentyabr ayında S-400 almaq qərarı Türkiyə və onum NATO-dakı həmkarları arasında ciddi fikir ayrılıqlarına səbəb olub.

Xəbəri paylaş

VİDEOLAR