ABŞ Səudiyyənin xahişilə BMT-nin Yəmənə yardımlarını dondurdu

ABŞ Səudiyyənin xahişilə BMT-nin Yəmənə yardımlarını dondurdu

Amerika Birləşmiş Ştatlarının BMT-dəki daimi nümayəndəsi Kelli Kraft açıqlayıb

Rasthaber Azərbaycan xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının BMT-dəki daimi nümayəndəsi Kelli Kraft  Yəməndə İran tərəfindən dəstəklənən Husilərin nəzarətindəki bölgələrə edilən humanitar yardımın dayandırılacağını açıqlayıb.

Bu barədə Kelli Kraft  BMT Təhlükəsizlik Şurasında etdiyi çıxışında bildirib. O, qeyd edib ki, Husilər humanitar yardım ilə bağlı keçirilən əməliyyatlara maneəçilik törədir. Kelli Kraft humanitar yardımı paylayan personalın narahatlıqlarının həll edilmədiyini qeyd edib.

''Amerika Birləşmiş Ştatları mart ayının sonunda Husilərin nəzarətindəki bölgələrə edilən humanitar yardımı dayandıracaq'',-deyə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi vurğulayıb.

Qeyd edək ki, ABŞ-ın bu qərarı Səudiyyə və koalisiyasının xahişilə verdiyi məlumdur. Çünki, Səudiyyəni "böyük" gördüyü  bir Yəmənin əldən çıxması, mülki vətəndaşların başlarına bombalar endirməsinə cavab olaraq dəfələrlə Aramcoya hücumlar təşkil etmək ciddi surətdə vəhabi krallığın bölgədəki iddia etdiyi liderlik xülyasını alt-üst edib.

Xəbəri paylaş

VİDEOLAR