ABŞ qüvvələri Suriyadan 88 tanker dolusu neft oğurlayıb

ABŞ qüvvələri Suriyadan 88 tanker dolusu neft oğurlayıb

ABŞ qüvvələri Əl-Cəzirə yataqlarından Suriya neftini oğurlayaraq İraq ərazisindəki bazalarına köçürüb.

Az.rasthaber.com xəbər verir ki, Həsəkə kəndinin Yarubiya çölündən olan yerli mənbələr bildiriblər ki, oğurlanmış Suriya nefti ilə doldurulmuş 88 tankerdən ibarət Amerika işğalçı qüvvələrinin karvanı dünən (9 sentyabr) qanunsuz Mahmudiyyə keçid məntəqəsini tərk edərək İraq ərazisinə daxil olub.

Mənbələr karvanın qruplar halında Suriya ərazisindən ABŞ-ın Şimali İraqdakı işğalçı bazalarına doğru getdiyini bildirib.

Qeyd edək ki, ötən həftə də işğalçı qüvvələr 300-dən çox neft yüklü tankeri Amerika işğalçı qüvvələrinin oğurluq əməliyyatları üçün istifadə etdiyi qeyri-qanuni keçidlərdən çıxarıb.

Xəbəri paylaş

VİDEOLAR