ABŞ Ordusu Ayn al Asad bazasına yeni gələn hərbçilərini yerləşdirib

ABŞ Ordusu Ayn al Asad bazasına yeni gələn hərbçilərini yerləşdirib

raqın Ənbar əyalətindəki "Bədr" təşkilatının təmsilçisi bu haqda məlumat verib

Rasthaber Azərbaycan xəbər verir ki, İraqın "Bədr" təşkilatı ABŞ hərbçilərindən bir qrupun İraqın Ayn al Asad hərbi bazasına yerləşdirildiyini bildirib.
İraqın Ənbar əyalətindəki "Bədr" təşkilatının təmsilçisi Qasi Al-Anbari İraqın "almaluma" xəbər agentliyinə verdiyi müsahibədə bildirib ki, ABŞ hərbçilərindən yeni qrup 3 gün öncə Ənbar əyalətindəki Ayn al Asad hərbi bazasına gətirilib.
Onun sözlərinə görə, ABŞın ət-Taci hərbi bazasının hücuma məruz qalmasından sonra, ABŞ Ordusu Ayn al Asad hərbi bazasına əlavə hərbi personal göndərib.
Qeyd edək ki, İraq KİV-də  ABŞ koalisiyasının hərbçilərinin İraq və Suriya sərhəddindəki "Əl Qaim" hərbi bazasından çıxma qərarı aldıqları da önə çəkilib.

Xəbəri paylaş

VİDEOLAR