ABŞ-ın Kərbəlaya hücumu zamanı biolojik silahdan istifadə etdiyi iddia olunur
Rasthaber Azərbaycan "eastnews"a istinadən xəbər verir ki, İraqda Kərbəla şəhərində yerləşən müqəddəs İmam Hüseyn (ə) ziyarətgahının rəhbərliyi verdiyi açıqlamada ABŞ-ın Kərbəla hava limanına hücumunda bioloji, mikrob və ya kimyəvi silah istifadə etdiyini söyləyib.
İraq hökumət nazirlikləri və dövlət qurumları Kərbəla Hava Limanına edilən hücumda bioloji, mikrob və ya kimyəvi silah istifadəsini araşdırmaq üçün çalışırlar. Dünən İmam Hüseyn (ə) ziyarətgahının rəhbərliyi UNAMİ-yə (BMT-nin Bağdaddakı missiyası) göndərdiyi məktubda bir heyətin Kərbəla Beynəlxalq Hava Limanını ziyarət etməsini istədiklərini açıqlayıb.