İran Milli Təhlükəsizlik Ali Şurasının katibi Əli Şəmxani ABŞ-ı sərt tənqid etdi
Rasthaber Azərbaycan xəbər verir ki, İran Milli Təhlükəsizlik Ali Şurasının katibi Əli Şəmxani günahı başqalarının boynuna yıxmağı Amerikanın cavabdehlikdən qaçmaq üsulu adlandırıb.
Əli Şəmxani bu gün öz tvitter hesabında yazıb: "Amerika rəsmiləri Çin və İranı yalandan ittiham etmək yerinə, bu ölkənin iqtisadi sanksiyaların davam etməsilə İran xalqına qarşı cinayəti, həmçinin koronavirusun istehsalı və yayılmasındakı rolu barədə beynəlxalq tələblərə cavab versinlər."
فرافکنی شیوه مرسوم #آمریکا برای فرار از پاسخگویی است. مقامات آمریکا به جای متهم سازی دروغین #چین و #ایران، به مطالبات بین المللی درخصوص نقش این کشور در تولید و انتشار #کرونا و استمرار جنایت علیه مردم ایران با تداوم #تحریم های_اقتصادی پاسخ دهند.
— علی شمخانی (@alishamkhani_ir) March 18, 2020