Suriya-İraq sərhədində yerləşən qeyri-qanuni ABŞ hərbi bazası ərazisində bir neçə partlayış baş verib.
Az.rasthaber.com SANA-ya istinadən xəbər verir ki, bu barədə yerli mənbələrdən məlumat verilib.
Bildirilib ki, Suriya, İraq və İordaniya arasında yerləşən ət-Tənf bazasından (Homs əyaləti) partlayış səsləri eşidilib.
Hadisədən sonra ərazi üzərində ABŞ-a məxsus hərbi vertolyotlar uçub.