İranın nüvə sazişini xilas etmək istəməyib-istəmədiyimizə dair qərar vermə vaxtıdır.
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə İttifaqın xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell “Financial Times” qəzetində dərc olunan məqaləsində bildirib.
Onun sözlərinə görə, ABŞ-ın İrana maksimum təzyiq göstərmək kampaniyası uğursuzluqla nəticələnib.
"Birgə Hərtərəfli Fəaliyyət Planı İranın nüvə proqramı ilə bağlı uzun illər davam edən gərgin diplomatiyanın və BMT Təhlükəsizlik Şurasının yekdil dəstəyinin nəticəsi olan əlamətdar diplomatik razılaşmadır. Razılaşmanın tam icrasına Donald Trampın 2018-ci ildə ABŞ-ı razılaşmadan çıxarmaq qərarı böyük təsir göstərdi, lakin ABŞ-ın İrana maksimum təzyiq kampaniyası uğurlu olmadı", deyə Borrell vurğulayıb.