Xəbər mənbələri Amerika və İngiltərə koalisiyasının Yəmənə qarşı son təcavüzü nəticəsində 132 Yəmən vətəndaşının şəhid olduğunu və yaralandığını bildirib.
Az.rasthaber.com xəbər verir ki, Yəmənin Səhiyyə Nazirliyi ABŞ-ın Səna, Səada və Bəydə əyalətlərində dinc əhaliyə qarşı təcavüzünün ardınca 132 mülki şəxsin şəhid olduğunu və yaralandığını açıqlayıb.
Yəmənin Səhiyyə Nazirliyi verdiyi açıqlamada vurğulayıb ki, ilkin statistikaya əsasən, bu hücumlarda əksəriyyəti qadın və uşaq olmaqla 31 mülki şəxsin şəhid olub, 101 nəfərin isə yaralanıb.
Nazirlik ABŞ-ın Yəməndə mülki əhaliyə və yaşayış məntəqələrinə qarşı təcavüzünü pisləyərək, bildirib: “Bu, tam hərbi cinayətdir və bütün beynəlxalq qanun-qaydaların pozulmasıdır.”
Yəmənin bəzi bölgələri, o cümlədən Səna və Səada şəhərləri bazar günü gecə saatlarında ABŞ və İngiltərənin təcavüzkar hücumlarına məruz qalıb.