Sionist rejim ordusunun Livandan işğal altındakı Fələstinin şimalına raket atıldığı iddia etməsinin ardınca bu rejimin müharibə naziri Beyrutu hədəf alacağı ilə hədələyib.
Misir İsrail mediasının iddialarına cavab verib. Misirin Dövlət İnformasiya Xidməti İsrailin Qahirə hökumətinin Qəzza zolağından olan 500 min fələstinlini Şimali Sinayda müəyyən edilmiş ərazidə müvəqqəti məskunlaşdırmağa hazırlaşdığı barədə iddialarını qəti şəkildə təkzib edib.