Amerikanın İsrailə dəstəyi İkinci İntifadadan bəri ən aşağı səviyyədədir

Amerikanın İsrailə dəstəyi İkinci İntifadadan bəri ən aşağı səviyyədədir

Sionist tədqiqatçı Amerika xalqı və Demokratlar Partiyası arasında İsrailə dəstəyin ciddi şəkildə azalması ilə bağlı xəbərdarlıq edərək bildirib: “Sionist rejimin qərarvericiləri bu məsələnin həlli üçün müvafiq çıxış yolu tapmalıdırlar.”

Az.rasthaber.com xəbər verir ki, sionist rejim yazıçısı və tədqiqatçı Şoqi Fridman məqaləsində Amerika ictimaiyyətinin sionist rejimə dəstəyinin ciddi şəkildə azalmasına toxunaraq yazıb: “ABŞ prezidenti Donald Trampın sionist rejimə dəstəyini artırmasına baxmayaraq, Ağ Evdən kənarda reallıq fərqlidir. Amerika ictimai rəyi arasında sionist rejimə dəstək azalır və fələstinlilərə dəstək artır.”

 

Maariv qəzetinin bildirdiyinə görə, ABŞ-ın ən nüfuzlu sorğu təşkilatlarından biri olan Gallup sorğusunun nəticələrinə əsasən, bu il Amerika ictimaiyyətinin sionist rejimə dəstəyi cəmi 46 faiz təşkil edir ki, bu da son 24 ildə (İkinci İntifadadan sonra) ən aşağı səviyyədir. 

 

Halbuki, Respublikaçılar Partiyası tərəfdarları arasında bu rejimə dəstək 75%, Demokratik partiya tərəfdarları arasında isə yalnız 21% sionist rejimə rəğbət bəsləyir, fələstinliləri dəstəkləyənlər isə 59% təşkil edir.

Xəbəri paylaş

VİDEOLAR