"ABŞ-ın İran-Suriya münasibətlərinə qəzəblənməsi normaldır"

Tehran ABŞ-ın İran prezidenti İbrahim Rəisinin Suriyaya səfərinə reaksiyasına cavab verib.

Az.rasthaber.com xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçünün müavini Vedant Patel Rəisinin Suriyaya səfəri ilə bağlı deyib:

“İranla Suriya arasında münasibətlərin dərinləşməsi təkcə müttəfiqlərimiz və region ölkələri üçün deyil, həm də ABŞ və bütün dünya üçün narahatlıq doğurmalıdır."

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani ABŞ rəsmisinin açıqlamalarına münasibət bildirərək, "Twitter" səhifəsində belə qeyd edib:

"ABŞ İran prezidentinin Suriyaya səfəri və onun nəticələri ilə bağlı narahatlığını ifadə edib və onları "pis" adlandırıb!.

Suriyada və bütün bölgədə İran və Müqavimət Oxu tərəfindən buynuzu qırılan və Suriyadakı işğal varlığına son qoymaq məcburiyyətində qalan şər rejimin qəzəbi təbii ki, normaldır"

Daha sonra Kənani ABŞ-a xitabən deyib:

“Qəzəblən və bu qəzəblə məhv ol”.

Qeyd edək ki, 13 ildən sonra ilk yüksək səviyyəli səfərini Suriyaya edən İran prezidenti İbrahim Rəisinin səfəri çərçivəsində Tehran ilə Dəməşq arasında 14 müqavilə imzalanıb.

Xəbəri paylaş

VİDEOLAR