"ABŞ-ın dünya hegemonluğu ilə mübarizə üçün ölkələrin birləşməsi lazımdır"

ABŞ-ın dünya hegemonluğu ilə mübarizə üçün ölkələrin birləşməsi lazımdır.

Az.rasthaber.com rus mediasına istinadən xəbər verir ki, bu barədə Suriya prezidenti Bəşər Əsəd bildirib.

O deyib ki, SSRİ-nin dağılmasından və ya hətta Koreya müharibəsi dövründən bəri ABŞ aqressiyası davam etməkdədir, lakin bunun qarşısının alınması üçün müxtəlif metodlar var.

Əgər biz siyasi fəaliyyət haqda danışsaq, o zaman bir sıra ölkələr arasında koalisiya lazımdır“, – deyə Əsəd qeyd edib.

Suriya prezidentinin sözlərinə görə, çoxqütblü dünyanın qurulmasına yardım edə biləcək bir sıra ölkələr var.

Rusiya və Çin Xalq Respublikasının bu məsələdə ciddi məsuliyyəti var. BRİKS ölkələri də var, ABŞ-dan uzaqlaşmağa və Vaşinqtona olan etimadını itirməyə başlayan digər ölkələr də var, onlar ABŞ-ın dünya sabitliyi üçün təhdid olduğunu hiss edirlər“, – deyə o vurğulayıb.

Xəbəri paylaş

VİDEOLAR