"ABŞ-ın digər ölkələrin məhkəmə məsələlərinə münasibət bildirmək səlahiyyəti yoxdur"

İran Xarici İşlər Nazirliyinin sözçüsü Kenani deyib: “Avropa və ABŞ-ın digər ölkələrin məhkəmə və insan haqları məsələlərinə münasibət bildirmək üçün hüquqi, məhkəmə və mənəvi səlahiyyətləri yoxdur”.

Az.rasthaber.com xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bəzi ABŞ və Avropa rəsmilərinin İrana qarşı müdaxilə xarakterli bəyanatlarına reaksiya verib.

Kənani bildirib:

"Qərb siyasətçiləri başqa ölkələrin daxili işlərinə qarışıb xeyriyyəçi bir görünüş nümayiş etdirməkdənsə, öz vətəndaşlarının etirazlarını dinləyib vaxtlarını onların insan haqları və vətəndaşlıq tələblərini yerinə yetirməyə sərf etməlidirlər.

Qərb vətəndaşlarının əsas hüquqlarının, o cümlədən ifadə azadlığı hüququnun geniş şəkildə pozulması, Avropa və ABŞ-da etirazçılara qarşı polis və təhlükəsizlik qüvvələri tərəfindən həddindən artıq zorakılıq və digər ölkələrin daxili qanunlarına dair siyasi bəyanatlar qeyri-legitim siyasi maraqların həyata keçirilməsi üçün insan hüquqlarından instrumental istifadənin bariz göstəricisidir.

Avropa və ABŞ-ın digər ölkələrin məhkəmə və insan hüquqları məsələlərinə münasibət bildirmək üçün hüquqi, məhkəmə və mənəvi səlahiyyətləri yoxdur."

Xəbəri paylaş

VİDEOLAR