ABŞ hərbi gəmisi İstanbul boğazından keçib

ABŞ hərbi gəmisi İstanbul boğazından keçib

ABŞ-a məxsus "USCGC Hamilton" Sahil Mühafizəsinin gəmisi İstanbul boğazından keçib.

Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, ABŞ donanmasına məxsus "USCGC Hamilton" Sahil Mühafizəsinin gəmisi  İstanbul boğazından keçib.

127 metr uzunluğunda və 43 metr enindəki "WMSL-753" lövhə nömrəsi olan sahil mühafizə gəmisinin dünən axşam (27 aprel) radələrində Mərmərə dənizindən İstanbul boğazına daxil olduğu bildirilib. 

Boğazdan keçişi zamanı gəmini Sahil Mühafizə Komandanlığı katerləri ilə İstanbul Polis Müdirliyi Dəniz Liman Şöbə hissəsinin katerləri müşayiət ediblər.

Boğazdan keçişi zamanı arxa hissəsində bir qrup amerika əsgərinin keşik çəkdiyi gəmi Qara dəniz istiqamətində hərəkətini davam etdirib və daha sonra Qara dənizə daxil olub. 

Xəbəri paylaş

VİDEOLAR