ABŞ-dan Türkiyəyə növbəti xəbərdarlıq

ABŞ-dan Türkiyəyə növbəti xəbərdarlıq

Bu barədə ABŞ Dövlət Departamentinin rəsmisi Morqan Ortaqus bildirib.

Rasthaber Azərbaycan “Russia Today”-a istinadən xəbər verir ki, ABŞ Türkiyənin Rusiya istehsalı S-400-ləri silahlanmaya daxil etməyəcəyinə ümid edir, əks halda Ankaranı təhlükəsizlik sahəsində ciddi nəticələr gözləyir.

Bu barədə ABŞ Dövlət Departamentinin rəsmisi Morqan Ortaqus bildirib.

“ABŞ aydın şəkildə işarə edir ki, ümid edir ki, S-400 sistemi silahlanmaya daxil edilməyəcək”, – deyə o bildirib və əlavə edib ki, Türkiyə həmin sistemləri işə salarsa, bunun Vaşinqton və Ankara arasında olan təhlükəsizlik sahəsindəki münasibətlərinə mümkün ciddi nəticələri barədə ABŞ olduqca aydın mövqe tutub.

Bundan başqa, Ortaqus qeyd edib ki, əgər Türkiyənin təlimlər zamanı S-400-ləri sınaqdan keçirdiyi öz təsdiqini taparsa, ABŞ “ən qəti şəkildə” bunu pisləyəcək. O deyib ki, bu sınaqlar “Türkiyənin NATO çərçivəsindəki öhdəlikləri ilə uyğun deyil”.

Xatırladaq ki, ötən gün yayılan məlumatlarda, Türkiyənin S-400 sistemlərini sınaqdan keçirildiyi iddia edilib.

Xəbəri paylaş

VİDEOLAR