ABŞ-a cavabımız olacaq - Türkiyə

ABŞ-a cavabımız olacaq - Türkiyə

Prezident Aparatının sözçüsü İbrahim Kalın ABŞ prezidenti Co Baydenin 1915-ci il hadisələrini "soyqırımı" deyə adlandırmasına Türkiyənin cavab verəcəyini söyləyib.

Rasthaber xəbər verir ki, "Reuters"ə açıqlama verən İbrahim Kalın "Co Baydenin bu dəhşətli bəyanatı son dərəcə uğursuz və ədalətsiz bir bəyanatdır. Biz bunu tamamilə rədd edirik, qınayırıq. Bəyanat tarixi faktlarla dəstəklənmir. Heç bir qanuni əsası yoxdur" deyib.

Türkiyənin sözügedən bəyanata zaman ərzində cavab verəcəyini qeyd edən İbrahim Kalın "Qarşıdakı günlərdə və aylarda fərqli şəkillər, növlər və dərəcələrdə bir cavab veriləcək" ifadələrdən istifadə edib.

Bəyanatın həm də siyasi baxımdan məsuliyyətsiz bir açıqlama olduğunu ifadə edən Kalın deyib ki, siyasi baxımdan bu, məsuliyyətsiz və qeyri-konstruktiv bir bəyanatdır. Qarabağ azad edildikdən sonra (Oktyabr 2020) Ermənistan ilə normallaşma təşəbbüsləri daxil olmaqla Türkiyənin qarşı-qarşıya olduğu heç bir prosesə qatqısı da yoxdur. Əlbəttə ki, Türkiyə-ABŞ münasibətlərinə də təsiri olacaq.

İ.Kalın prezident Ərdoğanın 2005-ci ildə arxivləri açaraq ortaq bir komitənin bu mövzunu tədqiq etməsi təklifini də xatırladıb.

Ermənistan tərəfinin bu çağırışa öz iddialarını puça çıxaracağını bildikləri üçün cavab vermədiyini vurğulayan Kalın Türkiyənin bu qalmaqallı bəyanata cavab verməyə davam edəcəyini dilə gətirib.

Xəbəri paylaş

VİDEOLAR