Yəmən hökumətinin Mətbuat katibi və İnformasiya naziri deyib: “Sənaya hücumdan sonra Qırmızı dənizdə Amerika qırıcısının vurulması təsadüfi deyil, Yəmən xalqının həlledici gücünü göstərən hadisədir.”
İran Xarici İşlər Nazirliyinin mətbuat katibi deyib: “Çox əvvəldən Suriya müxalifət hərəkatları ilə əlaqə saxlayırdıq və bildirdik ki, Suriyaya girişimizin səbəbi İŞİD-in irəliləməsinin və terrorun bölgə ölkələrinə yayılmasının qarşısını almaqdır. Amma Suriyadakı mövcud hakimiyyətlə birbaşa əlaqə yoxdur.”
Sionist rejim Dəməşqin yeni iqtidarlarına ünvanladığı məktubda təhlükəsizlik bəhanələri ilə Suriyadakı işğal olunmuş ərazilərindən geri çəkilməyəcəyini açıqlayıb.
Qəzza zolağının cənubunda "təhlükəsiz" elan edilən ərazidə işğalçı İsrail ordusunun çadırlara təşkil etdiyi hücumlarda 2-si uşaq olmaqla 7 fələstinli şəhid olub.