Sionist rejim Livanın cənubundakı Kefr Kila şəhərini ağır bombardman edib. Bu hücum iki tərəf arasında atəşkəs razılaşmasına baxmayaraq baş verib.
Az.rasthaber.com "Mehr"ə istinadən xəbər verir ki, Livan mənbələri bu aksiyanı genişmiqyaslı hücum kimi qiymətləndirir. Ancaq hücum nəticəsində insan tələfatı və ya maddi ziyanla bağlı hələlik ətraflı məlumat paylaşılmayıb.
Livanda atəşkəsin müşahidəçiləri atəşkəsin elan edilməsindən sonra sionist rejimin müxtəlif səbəblərlə Livan ərazisinə yüzlərlə dəfə hücum etdiyini və bu hücumların mülki əhali arasında ciddi itkilərə səbəb olduğunu bildirirlər.
Buna baxmayaraq, ABŞ və onun Avropadakı müttəfiqləri İsrailin hərəkətlərini dəstəkləyir və Livanı daha təmkinli olmağa çağırır.