Yəmən hökumətinin Mətbuat katibi və İnformasiya naziri deyib: “Sənaya hücumdan sonra Qırmızı dənizdə Amerika qırıcısının vurulması təsadüfi deyil, Yəmən xalqının həlledici gücünü göstərən hadisədir.”
Az.rasthaber.com xəbər verir ki, Haşim Əhməd Əbdürrəhman Şərəfuddin “Səba” xəbər agentliyinə müsahibəsində əlavə edib: “Silahlı Qüvvələrimizin hücumları nəticəsində Amerika təyyarədaşıyıcılarının Yəməndən uzaqlaşmaq üçün qaçmasının davam etməsi Yəmən xalqına hücum etməyi düşünən hər kəs üçün kifayət edən bir mesajdır.”
Yəmən hökumətinin mətbuat katibi bildirib: “Allahın lütfü ilə, Amerika, İngiltərə və müvəqqəti İsrail rejiminə qarşı ardıcıl qələbələrimiz bütün dünyaya sübut edir ki, Yəmən xalqına qarşı hər hansı təcavüz cəzasız qalmır.”