Sionist İsrail ordusu çadır düşərgələrinə hücum edib

Sionist İsrail ordusu çadır düşərgələrinə hücum edib

Qəzza zolağının cənubunda "təhlükəsiz" elan edilən ərazidə işğalçı İsrail ordusunun çadırlara təşkil etdiyi hücumlarda 2-si uşaq olmaqla 7 fələstinli şəhid olub.

Az.rasthaber.com xəbər verir ki, sionist İsrail ordusu Qəzzanın cənubunda "təhlükəsiz" olduğunu iddia etdiyi Xan Yunis şəhərində köçkünlərin çadırlarını bombalayıb.

İsrailin hücumları nəticəsində alovlanan çadırlarda 2-si uşaq olmaqla ən azı 7 fələstinli şəhid olub.

Qəzza Mülki Müdafiə Müdirliyindən verilən açıqlamada, axtarış-xilasetmə qruplarının hücumlara məruz qalan çadırlardan bəzi ölən və yaralıları çıxarmağa müvəffəq olduğu bildirilib.

Oktyabrın 7-dən bu yana soyqırım törədən İsrailin Qəzza zolağında həyata keçirdiyi hücumlarda təxminən 17 min 492-si uşaq, 11 min 979-u qadın olmaqla 45 min 259 fələstinli şəhid olub, 107 min 627 nəfər yaralanıb.

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

Xəbəri paylaş

VİDEOLAR