Tramp Geri Çəkildi: İrana Planlaşdırılan Hücumlar Dayandırıldı

1 Dəq Oxuma Müddəti

Tramp hücumların dayandırıldığını elan etdi

ABŞ Prezidenti Donald Tramp sosial media hesabında paylaşım edərək, bu həftəsonu İrana qarşı planlaşdırılan hərbi hücumların dayandırıldığını bildirib.

Onun sözlərinə görə, İran və Tehranla danışıqlar aparan Qərbi Asiya ölkələri mümkün razılaşmanın əsas prinsipləri üzərində ortaq mövqeyə gəlib və Vaşinqtondan yeni hərbi əməliyyatlara başlamamağı istəyiblər.

Razılaşmanın əsas şərtləri açıqlandı

Tramp bildirib ki, müzakirə olunan razılaşma Hörmüz boğazının tam açılmasınıİranın nüvə təhlükəsinin tam aradan qaldırılmasını nəzərdə tutur.

ABŞ Prezidenti qeyd edib ki, məhz bu müraciəti nəzərə alaraq, dünyanın təhlükəsizliyi və İranın gələcəyi naminə, razılaşmanın qısa müddətdə imzalanacağı şərti ilə planlaşdırılan hücumları dayandırmağa razılıq verib.

İsrail də eyni mövqedədir

Donald Tramp əlavə edib ki, İsrail rəhbərliyi də bu məsələdə onun mövqeyini dəstəkləyir və hazırkı mərhələdə hərbi eskalasiyanın dayandırılması istiqamətində eyni xətti bölüşür.

ABŞ administrasiyası hələlik mümkün razılaşmanın detalları və danışıqların növbəti mərhələsi ilə bağlı əlavə məlumat açıqlamayıb.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş