İki tanker PUA hücumuna məruz qalıb
Xəzər Boru Kəməri Konsorsiumu (CPC) Qara dənizdə yerləşən neft terminalında iki tankerin pilotsuz uçuş aparatlarının hücumuna məruz qaldığını açıqlayıb.
Qurumun yaydığı məlumata görə, hücum nəticəsində tankerlərdə yanğın baş versə də, alov qısa müddətdə söndürülüb.
Tankerlər batmayıb, neft sızması qeydə alınmayıb
Konsorsium bildirib ki, hücum nəticəsində tankerlər batmayıb və ətraf mühitə neft sızmasının qarşısı alınıb.
Açıqlamaya əsasən, hadisə zamanı CPC əməkdaşları və podratçı şirkətlərin işçiləri arasında ölən və ya yaralanan olmayıb. Tanker heyəti üzvlərindən heç biri tibbi yardıma ehtiyac duymayıb.
Zərərin həcmi araşdırılır
Şirkət hazırda tankerlərin zədələnmə səviyyəsinin müəyyənləşdirilməsi istiqamətində işlərin davam etdiyini bildirib.
Rəsmi açıqlamada qeyd olunub ki, hücumun bütün nəticələri qiymətləndirilir və hadisə ilə bağlı araşdırma aparılır.

