Qəzza’da hücum: iki qardaş şəhid edildi
Qəzza zolağının şimalında, Beyt Lahiya bölgəsində sionist rejimin açdığı atəş nəticəsində iki fələstinli qardaş – 48 yaşlı Əbdülməlik əl-Attar və 45 yaşlı qardaşı Əbdüsəttar əl-Attar şəhid olub. Məlumata görə, onlar qızlarının toy hazırlıqları üçün alış-verişə gedərkən Sionist rejimin pilotsuz uçuş aparatı (PUA) tərəfindən hədəfə alınıblar.
Toy hazırlığı yasla əvəz olundu
Ailə üzvləri bildiriblər ki, qardaşlar müharibə və məcburi köç səbəbindən gecikmiş toy hazırlıqlarını tamamlamak üçün yola çıxmışdılar. Qızlardan birinin toyu bir həftə, digərinin isə iki ay sonra planlaşdırılırdı.
Lakin bu planlar qəfil hücum nəticəsində yarımçıq qaldı və ailə böyük itki ilə üz-üzə qaldı.
Ailənin ağrısı: “Atam niyə məni tərk etdi?”
Qəzza şəhərindəki Şifa xəstəxanasında keçirilən vida mərasimində mərhum Əbdülməlikin oğlu Abdullah əl-Attar atasının cənazəsi başında göz yaşları içində danışıb:
“O, bacımın toyu üçün alış-verişə gedirdi, amma hücumda həm atamı, həm də əmimi itirdim. Kaş yenidən onun gülümsədiyini görə biləydim”.
“Heç bir səbəb olmadan hədəf alındılar”
Ailənin yaxın qohumu Rami Verş Ağa bildirib ki, qardaşlar sıravi mülki şəxslər idi və heç bir silahlı fəaliyyətlə əlaqələri yox idi:
“Onlar sadəcə qızları üçün toy əşyaları almağa gedirdilər. Ərazi nisbətən təhlükəsiz sayılırdı, amma səbəbsiz şəkildə hədəf alındılar”.
Atəşkəsə baxmayaraq hücumlar davam edir
Hadisə bölgədə atəşkəs iddialarının səsləndirildiyi bir vaxtda baş verib. Yerli mənbələr bildirir ki, bombardmanlar davam edir və mülki şəxslərlə hərbi hədəflər arasında fərq qoyulmur.
Qəzza’da ağır humanitar vəziyyət
Rəsmi məlumatlara görə, 2023-cü ilin oktyabrından bəri Qəzza’da 72 mindən çox insan şəhid olub, 172 mindən çox insan yaralanıb. İnfrastrukturun isə təxminən 90 faizi dağıdılıb.
Eyni zamanda, atəşkəs razılaşmalarının minlərlə dəfə pozulduğu və yüzlərlə insanın bu pozuntular nəticəsində şəhid oluduğu bildirilir.
Bölgədə faciələr davam edir
Bu hadisə bir daha göstərir ki, Qəzza’da sionist rejim mülki əhaliyə zərar verməkdə davam edir. Toy kimi sevincli anların belə faciə ilə nəticələnməsi bölgədəki humanitar böhranın dərinliyini açıq şəkildə ortaya qoyur.
