İran ABŞ-a Məxsus “MQ-9” PUA-sını Vurduğunu Açıqladı

1 Dəq Oxuma Müddəti

İran “MQ-9” pilotsuz uçuş aparatının vurulduğunu bəyan edib

İran İslam İnqilabı Keşikçiləri Korpusu hava hücumundan müdafiə qüvvələrinin ölkənin cənub-qərbində yerləşən Əhvaz şəhərinin səmasında “MQ-9” tipli pilotsuz uçuş aparatını vurduğunu açıqlayıb.

Rəsmi açıqlamada bildirilib ki, pilotsuz uçuş aparatı hava məkanını pozduğu zaman aşkarlanaraq hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib. Hadisə ilə bağlı əlavə texniki məlumat paylaşılmayıb.

Hadisə bölgədə artan gərginlik fonunda baş verib

Bu açıqlama ABŞ ilə İran arasında son günlər artan hərbi gərginlik fonunda verilib.

İran tərəfi ABŞ-ın ölkənin cənub bölgələrinə hücumlarını davam etdirdiyini bildirir. Buna cavab olaraq Tehran Körfəz regionunda, eləcə də Suriya və İordaniyada yerləşən ABŞ hərbi obyektlərinə qarşı müxtəlif əməliyyatlar həyata keçirdiyini açıqlayıb.

“Nəsr 2” əməliyyatının yeni görüntüləri yayımlanıb

İran İslam İnqilabı Keşikçiləri Korpusu bundan əvvəl “Nəsr 2” əməliyyatının 17–20-ci mərhələlərinə aid görüntülər dərc edib.

Videolarda “Xeybərşikən”, “Zülfüqar”, “Fateh-110”, “Hacı Qasim” raket komplekslərinin, eləcə də “Şahid” pilotsuz uçuş aparatlarının buraxılış anlarının əks olunduğu bildirilib.

İran itkilərlə bağlı yeni rəqəmləri açıqlayıb

İran Səhiyyə Nazirliyinin məlumatına görə, iyunun sonundan etibarən davam edən ABŞ hücumları nəticəsində 50 nəfər şəhid olub, 500-dən çox insan yaralanıb.

Nazirlik şəhid olanlar arasında qadın və uşaqların da olduğunu bildirib.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş