İlham Əliyev sərəncam imzaladı
Prezident İlham Əliyev Milix İlxananoviç Yevdayevin 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi barədə sərəncam imzalayıb.
Sərəncama əsasən, Milix Yevdayev Azərbaycanın ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə bu yüksək dövlət təltifinə layiq görülüb.
Dağ Yəhudiləri Dini İcmasının sədridir
Qeyd edək ki, Milix Yevdayev Bakı şəhəri Dağ Yəhudiləri Dini İcmasının sədridir.

