Hizbullah Sionist Rejim Ordusuna Ağır İtkilər Verir: Yaralı və İntihar Sayı Artır

2 Dəq Oxuma Müddəti

Yaralıların sayı minlərlədir

Sionist rejimin Səhiyyə Nazirliyi açıqlayıb ki, “Şir nəriltisi” əməliyyatı başlayandan bəri xəstəxanalara yerləşdirilən yaralıların ümumi sayı 8482 nəfərə çatıb. Bu göstərici fevralın 28-dən etibarən qeydə alınıb.

Məlumata görə, yalnız şimal cəbhəsində 581 yaralanma halı qeydə alınıb. Bunlardan 163-ü Livanla atəşkəsdən sonra baş verib. Təkcə bazar günü ərzində şimalda 30 nəfərin yaralandığı bildirilib.

Cənubi Livanda hücum və itkilər

Rejim ordusu Cənubi Livanda baş verən döyüşlərdə bir əsgərin məhv edildiyini, 6 nəfərin isə yaralandığını təsdiqləyib. Yaralılardan 4-nün vəziyyəti ağırdır.

Hadisə Livanın Ət-Tayyibə qəsəbəsində qeydə alınıb. Məlumata görə, “Qolani” briqadasına məxsus tank sıradan çıxdıqdan sonra təmir zamanı partlayıcı yüklənmiş pilotsuz uçuş aparatı ilə hədəfə alınıb.

Hücum nəticəsində itkilər verilib və yaralıların təxliyəsi üçün helikopter cəlb olunub. Təxliyə zamanı əlavə dron hücumlarının həyata keçirildiyi və onlardan birinin helikopterə yaxın məsafədə partladığı qeyd edilir.

Apreldə 11 intihar faktı

İşğalçı rejimin “Haaretz” nəşri isə hərbi və təhlükəsizlik strukturlarında ciddi psixoloji böhranı üzə çıxaran məlumat yayıb. Qəzetin məlumatına görə, təkcə aprel ayının əvvəlindən etibarən 11 hərbçi və polis əməkdaşı intihar edib.

Onlardan 8-i aktiv xidmət keçən hərbçi, 3-ü isə ehtiyatda olan və Qəzza müharibəsində iştirak etmiş şəxslər olub.

Psixoloji təzyiq və səbəblər

Məlumatda bildirilir ki, intiharların artmasının əsas səbəbləri arasında uzunmüddətli psixoloji gərginlik, döyüş travmaları və son illərdə davam edən münaqişələrin yaratdığı təzyiq yer alır.

Qeyd olunur ki, bir ayda 11 intihar faktı 2025-ci ilin ümumi göstəricisi ilə müqayisədə ciddi artımdır. Belə ki, ötən il ərzində ümumilikdə 21 hərbçi intihar etmişdi.

Gərginlik davam edir

Bütün bu hadisələr fonunda Livanda fəaliyyət göstərən “İslam müqaviməti” qüvvələri sionist rejimə qarşı əməliyyatlarını davam etdirir. Bu hücumlar sionist rejimin atəşkəsi pozması və Livan ərazilərinə hücumlarına cavab kimi təqdim olunur.

Regionda artan hərbi toqquşmalar və daxili psixoloji problemlər işğalçı rejim üçün həm cəbhədə, həm də daxildə vəziyyətin mürəkkəbləşdiyini göstərir.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş