Bilgəhdə dənizdə faciə yaşanıb
Bakının Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən nəzarətsiz çimərlik ərazisində dənizdə batma hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, “112” qaynar telefon xəttinə ən yaxın sularda xilasetmə məntəqəsindən təxminən 1 kilometr aralıda bir nəfərin batması barədə məlumat daxil olub.
FHN dərhal axtarışlara başlayıb
Məlumat daxil olduqdan dərhal sonra FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub.
Aparılan axtarışlar zamanı 2005-ci il təvəllüdlü Niyaz Vasif oğlu Pirməmmədovun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Üç nəfər xilas edilib
FHN-in dalğıc-xilasedicilərinin operativ müdaxiləsi nəticəsində daha üç nəfərin həyatı xilas olunub.
Xilas edilən şəxslər bunlardır:
- Məhəbbət Şövkət oğlu Fətəliyev (2001-ci il təvəllüdlü);
- Sahil Bəhruz oğlu Mustafayev (2000-ci il təvəllüdlü);
- Elburus Zümrüd oğlu Cəlalov (2001-ci il təvəllüdlü).
Faktla bağlı araşdırma aparılır.

