Şeyx Naim Qasim: “Beycer” Yaralıları Mübarizəni Davam Etdirir

2 Dəq Oxuma Müddəti

Şeyx Qasimdən “Beycer” qurbanlarına mesaj

Hizbullah Baş katibi Şeyx Naim Qasim bu gün “Beycer” faciəsinin birinci ildönümündə çıxış edərək qurbanlara müraciət edib. O, İsrailin törətdiyi bu cinayətin hədəfi müqaviməti zəiflətmək olduğunu, lakin yaralıların iradə və əzmi ilə əksinə bir yüksəliş mərhələsinə qədəm qoyduqlarını söyləyib.

“Siz imtahandan üzüağ çıxdınız”

Şeyx Qasim yaralılara ünvanladığı çıxışında onların təkcə müalicə almadığını, həm də yaralarının üzərinə qalxaraq sınaqdan uğurla çıxdığını qeyd edib:
“ Siz yaralarınızı aşaraq dirəniş yolunda sabit qaldınız. Siz həqiqətən də ayaqdasanız və doğru istiqamətdə irəliləyirsiniz.”

O, onların yalnız fiziki görmə qabiliyyətinə deyil, daha dərin bir basiretlə yol aldıqlarını vurğulayıb. Qasim əlavə edib ki, işğal rejimi bu insanları mübarizədən uzaqlaşdırmaq istəsə də, əksinə, onlar daha da gücləniblər.

“Ən böyük müqavimət sizsiniz”

Şeyx Qasim qurbanların mübarizəsini İmam Hüseynin və şəhid rəhbərlərin yoluna bənzədib. Xüsusilə də şəhid olmuş Hizbullah liderlərinin adını çəkərək, bu yaralıların mübarizəsinin müqavimətin ən uca nümunəsi olduğunu söyləyib:
“ Siz İmam Hüseynin və şəhid liderlərin yolundasınız. Siz əslində ən böyük müqavimətsiniz.”

İsrailin aqibəti: məğlubiyyət

Çıxışında Qasim vurğulayıb ki, İsrailin aqibəti qaçılmaz şəkildə məğlubiyyətdir:
“ Onlar işğal, cinayət və zorakılıqla mövcuddurlar. Belə bir rejim uzun müddət dayanmayacaq. Qələbə isə sizindir.”

“Beycer” faciəsi

Xatırladaq ki, 2024-cü ilin 17–18 sentyabr tarixlərində İsrailin Livanda həyata keçirdiyi “Beycer” hücumu nəticəsində minlərlə insan ağır yaralanmışdı. Partlayıcı cihazlarla hədəf alınan insanların əksəriyyəti göz və ətraf nahiyələrindən zərər çəkmiş, çox sayda şəhid də verilmişdi. Bu hadisə bölgədə böyük rezonans doğurmuş və İsrailin insanlığa qarşı cinayəti kimi qiymətləndirilmişdi.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş