Yəmən Ordusu: Ramon Hava Limanı Və Yafadakı Hədəfi Vurduq

1 Dəq Oxuma Müddəti

Yəmən ordusundan İsrailə qarşı iki əməliyyat

Yəmən Silahlı Qüvvələri bu gün bəyan edib ki, İsrailin Qəzzada həyata keçirdiyi soyqırım və Yəmənə qarşı hücumlarına cavab olaraq iki hərbi əməliyyat keçirib.

Məlumatı ordunun sözçüsü briqada generalı Yəhya Səri açıqlayıb. Onun sözlərinə görə, raket qüvvələri Yafada yerləşən həssas İsrail hədəfini hipersəsli “Fələstin-2” ballistik raketi ilə vurub.

Ramon hava limanı hədəfə alındı

Yəmən ordusunun pilotsuz uçuş aparatları isə Eylatdakı Ramon hava limanını hədəfə alıb. Açıqlamada hər iki əməliyyatın uğurla həyata keçirildiyi vurğulanıb.

“Müqavimət vəzifəmiz davam edir”

Yəmən tərəfi bir daha bəyan edib ki, bu əməliyyatlar Qəzzaya dəstək çərçivəsində həyata keçirilir. Ordu açıqlamasında “Biz vəzifəmizi Qəzzaya qarşı hücumlar dayanmayınca və mühasirə qaldırılmayınca davam etdirəcəyik” mesajını verib.

Bəyanatda həmçinin İslam və ərəb ölkələrinə çağırış edilərək Qəzzaya qarşı törədilən cinayətlərə qarşı məsuliyyətli mövqe tutmaq tələb olunub.

İsraildə təlaş yarandı

Hadisədən sonra İsrail mediası yazıb ki, ölkənin cənubundan atılan raket səbəbilə Baş nazir Benyamin Netanyahunun xüsusi təyyarəsi təcili eniş etməli olub. İsrail ordusu isə Yəməndən buraxılan bir raketi izlədiyini açıqlayıb.

Əl-Hudeyda limanına hücumdan sonra cavab

Xatırladaq ki, Yəmənin bu açıqlaması İsrailin ötən gün Əl-Hudeyda limanını 12 hava zərbəsi ilə bombalamasından sonra verilib. Yəmən ordusu bildirir ki, bu hücumlar ölkəyə qarşı açıq təcavüzdür və cavabsız qalmayacaq.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş