RƏSMİ: Məhəmməd Salah “Trabzonspor”a Transfer Olunur

1 Dəq Oxuma Müddəti

“Trabzonspor” Salah transferini rəsmən açıqladı

Türkiyənin “Trabzonspor” klubu Misir millisinin və “Liverpul”un ulduz futbolçusu Məhəmməd Salahın transferi ilə bağlı danışıqlara başlandığını rəsmən elan edib.

Klubun yaydığı açıqlamada bildirilib:

“Peşəkar futbolçu Məhəmməd Salahın klubumuza transferi ilə bağlı danışıqlara başlanılıb.”

Rəsmi imzalar bu gün atılacaq

Məlumata görə, tərəflər transfer üzrə razılıq əldə ediblər və bu gün rəsmi müqavilənin imzalanması gözlənilir.

“Trabzonspor” futbolçunun Yunanıstandan İstanbula gətirilməsi üçün xüsusi təyyarə göndərəcək. Salahın İstanbulda klub prezidenti Ertuğrul Doğanla görüşəcəyi bildirilir.

Tibbi müayinədən keçdikdən sonra misirli hücumçu rəsmi müqaviləyə imza atacaq.

Salah Trabzona yollanacaq

Planlaşdırmaya əsasən, Məhəmməd Salah və klub prezidenti Ertuğrul Doğan saat 19:00-da İstanbuldan Trabzona yola düşəcəklər. Ulduz futbolçunun saat 21:00 radələrində Trabzona çatacağı gözlənilir.

Ötən mövsümün statistikası

34 yaşlı futbolçu ötən mövsüm “Liverpul”un heyətində 41 oyunda meydana çıxıb.

Salah həmin görüşlərdə 12 qol vurub və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş