Şeyx Nəim Qasimdən İşğalçı İsrailə Sərt Mesaj: Müqavimət Dayanmayacaq

4 Dəq Oxuma Müddəti

Müqavimətin davam edəcəyini bəyan edib

Hizbullahın baş katibi Şeyx Nəim Qasim İmam Hüseynin (ə) Ərbəin mərasimi münasibətilə etdiyi çıxışda bildirib ki, İsrail işğalı davam etdiyi müddətdə müqavimət də davam edəcək.

O vurğulayıb ki, işğalçı İsrail layihəsinə qoşulan hər kəslə mübarizə aparılacaq.

Şeyx Qasim qeyd edib ki, Hizbullah vahid və bölünməz Livanın tərəfdarıdır və ölkə torpaqlarından hər hansı güzəştə getməyəcək.

Onun sözlərinə görə, işğalçı İsrail üçün yeganə çıxış yolu Livan ərazilərindən tam şəkildə geri çəkilməkdir və bunun baş verəcəyini bildirib.

Regionun ABŞ və işğalçı İsrailin hücumları ilə üzləşdiyini deyib

Şeyx Nəim Qasim çıxışında Livan, Qəzza, İran, İraq və Yəmənin ABŞ və işğalçı İsrail tərəfindən hücumlara məruz qaldığını bildirib.

O qeyd edib ki, bu hücumların məqsədi bölgədə müqavimət hərəkatlarını zəiflətmək və region üzərində nəzarəti gücləndirməkdir.

Baş katib əlavə edib ki, 2024-cü ilin sentyabrında Livana qarşı həyata keçirilən hərbi əməliyyatların əsas məqsədi Hizbullahı tamamilə sıradan çıxarmaq olub.

Onun sözlərinə görə, təşkilat bu hücumlara qarşı müqavimət göstərib və nəticədə qarşı tərəfi razılaşmaya məcbur edib.

ABŞ–İran anlaşmasına toxunub

Şeyx Qasim bildirib ki, Livana qarşı genişmiqyaslı hərbi əməliyyatların dayandırılmasında ABŞ ilə İran arasında əldə olunduğunu söylədiyi anlaşmanın mühüm rolu olub.

O qeyd edib ki, İran həmin razılaşmada Livan məsələsinin ilk bənd kimi yer almasını və işğalçı İsrail hücumlarının dayandırılması ilə qoşunların geri çəkilməsini şərt kimi irəli sürüb.

Şeyx Qasim hesab edir ki, bu proses nəticə etibarilə işğalçı İsrail qoşunlarının Livan ərazilərindən çıxmasına gətirib çıxaracaq.

Livan hakimiyyətini tənqid edib

Şeyx Nəim Qasim Livan hakimiyyətinin işğalçı İsraillə birbaşa danışıqlarını da tənqid edib.

Onun sözlərinə görə, bu danışıqlar Livana yalnız alçalma, uğursuzluq və ardıcıl güzəştlər gətirib.

Baş katib bildirib ki, işğalçı İsrail müəyyən siyasi üstünlüklər əldə etsə də, Hizbullah mövcud olduğu müddətdə hərbi məqsədlərinə nail ola bilməyəcək.

O, Livan hakimiyyətini işğlaçı İsrailə birtərəfli güzəştləri dayandırmağa, müqavimətlə dialoq aparmağa, daxili birliyi möhkəmləndirməyə və dövlət suverenliyini gücləndirməyə çağırıb.

Şeyx Qasim həmçinin işğalçı İsrailin Livanın cənubundakı yaşayış məntəqələrinə davam edən hücumlarının işğalçı İsraillə aparılan danışıqların dayandırılması üçün əsas yaratdığını bildirib.

Daxili birliyin əhəmiyyətini vurğulayıb

Hizbullah lideri Livanda milli birliyin qorunmasının vacibliyini qeyd edib.

O bildirib ki, Hizbullah ilə “Əməl” Hərəkatı arasındakı əməkdaşlıq işğalçı İsrail qarşısında mühüm dayaq rolunu oynayır.

Şeyx Qasim əlavə edib ki, Livan xalqının əksəriyyəti müqaviməti, ölkənin suverenliyini və ordunu dəstəkləyir.

O, ABŞ və işğalçı İsrailə arxalanan siyasi qüvvələri milli birlik ətrafında birləşməyə çağırıb.

Dağıntılar və bərpa işləri barədə danışıb

Şeyx Qasim işğalçı İsrail hücumlarından zərər çəkmiş ailələrin vəziyyətinə də toxunub.

Onun sözlərinə görə, Hizbullah zərərçəkənlər üçün sığınacaq, yaşayış yerlərinin bərpası və yenidənqurma işlərinin həyata keçirilməsi istiqamətində fəaliyyət göstərəcək.

O bildirib ki, bu məsələdə verilən vədlər yerinə yetiriləcək.

Suriya ilə açıq görüşə hazır olduqlarını bildirib

Şeyx Nəim Qasim Livan ilə Suriya arasında yaxşı münasibətlərin hər iki ölkənin maraqlarına uyğun olduğunu vurğulayıb.

O qeyd edib ki, sabit Suriya Livan üçün, sabit Livan isə Suriya üçün dəstəkdir.

Baş katib əlavə edib ki, münasib vaxt yarandıqda Hizbullah ilə Suriya rəhbərliyi arasında açıq görüş keçirilməsinə heç bir maneə yoxdur.

İranın qalib gəldiyini qeyd edib

Şeyx Qasim çıxışında İranın son qarşıdurmalarda üstün mövqe qazandığını bildirib.

Onun sözlərinə görə, artıq bu qarşıdurmada hansı tərəfin qalib gəldiyi barədə mübahisəyə ehtiyac yoxdur.

O, İranı regionun və dünyanın mühüm təsir gücünə malik ölkələrindən biri adlandırıb və Seyid Müctəba Xameneinin rəhbərliyinin gələcəkdə yeni uğurlar gətirəcəyini bildirib.

Qəzza və Fələstinə dəstək mesajı verib

Çıxışının sonunda Şeyx Nəim Qasim Qəzza və Fələstin məsələsinin unudulmayacağını vurğulayıb.

O, işğalçı İsrailin hərbi əməliyyatlarına qarşı çıxmağa çağırıb, həmçinin İraq və Yəmənə göstərdikləri dəstəyə görə təşəkkür edib.

Qeyd edək ki, xəbərdə yer alan fikirlər Hizbullahın baş katibi Şeyx Nəim Qasimin çıxışında səsləndirdiyi bəyanatlardır.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş