1) ABŞ-nin İrana hücumu, “əsas strategiya” müstəvisində, ABŞ-nin Asiyanı və Çini hədəfə almasının mərhələsidir.
2) Ankarada keçirilən NATO sammiti və 6 maddəlik yekun bəyannamə, NATO üzvlərinə Rusiya və İrana qarşı mövqe tutmaq vəzifəsi yükləyir.
ANKARADA KEÇİRİLƏN NATO SAMMİTİNİN ƏHƏMİYYƏTİ
ABŞ-nin NATO vasitəsilə müttəfiqlərinə diktə etdiyi bu planlaşdırma təbii ki, ən çox Türkiyəyə təsir edəcək. Türkiyə Ukrayna-Rusiya müharibəsində “aktiv bitərəflik” siyasəti izlədi, ABŞ-İran müharibəsində isə dörd raket təxribatına baxmayaraq ABŞ-yə öz bazalarından və hava məkanından istifadə etməyə icazə vermədi və müharibədən kənarda qala bildi.
Lakin NATO-nun 7-8 iyul tarixlərində Ankarada keçirilən sammiti bu baxımdan dəyişiklik tələb etdi. İstanbul boğazındakı yeni dəniz komandanlığı Ukrayna ilə, Adanadakı yeni NATO korpus qərargahı isə Şərqi Aralıq dənizi-Yaxın Şərqlə bağlıdır. Təbii ki, bu da ABŞ və Böyük Britaniyanın Türkiyəni Rusiya və İrana qarşı mövqeləndirməsi ilə əlaqədardır.
NETANYAHU VƏ ZELENSKİNİN HƏDƏFLƏRİ
İsrailin Baş naziri Netanyahu ilə Ukrayna Prezidenti Zelenskinin ard-arda Vaşinqtonda olmaları, əlbəttə ki, müəyyən planlaşdırma ilə bağlıdır. Hər iki şəxs taktiki səviyyədə ABŞ-dən dəstək almağın və strateji səviyyədə ABŞ-yə inteqrasiya olunmağın arxasındadır:
– Netanyahu taktiki səviyyədə ABŞ-İran razılaşmasının qarşısını almağın yolunu axtararkən, strateji səviyyədə ABŞ-yə inteqrasiya olunaraq Yaxın Şərqdə genişlənmək və mərkəz ölkəyə çevrilmək istəyir.
– Zelenski isə taktiki səviyyədə Tramp administrasiyasından yenidən almağa başladığı dəstəyi artırmağın, strateji səviyyədə isə Ukraynanı NATO-ya bağlamağın arxasındadır.
UKRAYNA XƏZƏRDƏ İRAN GƏMİSİNİ NİYƏ VURDU?
Ukraynanın Xəzər dənizində İran gəmisini vurmasının mənası məhz bundadır. Zelenski taktiki səviyyədə Rusiya-İran təchizat xəttinə zərbə endirməklə iki ölkənin silah daşınmasına müdaxilə edə biləcəyini və buradan çıxış edərək Trampa “Rusiya-İran hərbi tərəfdaşlığını” hədəfə ala biləcəyini göstərmək istədi.
Zelenskinin “iki müharibəni birləşdirmək” məqsədi, əlbəttə ki, ilk növbədə Vaşinqtonun dəstəyini artırmaq istəyi ilə bağlıdır və Tramp administrasiyasının indiyədək “iki müharibəni ayrı-ayrılıqda nəzərdən keçirmək” şəklində apardığı planlaşdırmaya da uyğun gəlmir. Lakin Tramp administrasiyasının son bir neçə ayda Ukrayna-Rusiya müharibəsi ilə bağlı yenidən ritorikasını dəyişməsi, Alyaskada razılaşma əldə etmədiklərini bildirməsi və daha da önəmlisi, Pentaqonun Ukraynaya yenidən hərbi dəstək verməyə başlaması vəziyyətin dəyişdiyini göstərir. NATO sammitinin qısa yekun bəyannaməsində “Rusiyaya qarşı Ukraynaya və İrana qarşı ABŞ-yə (və təbii ki, İsrailə) dəstək” çağırışının yer alması da strategiya dəyişikliyinə işarə edir.
Buna görə də ABŞ baxımından “Asiyaya qarşı geniş cəbhə” strategiyası, əgər uyğun şərait yaranarsa, həyata keçirilmək istənəcək.
ABŞ-NİN XƏZƏRDƏKİ TAKTİK ADDIMLARI
Üstəlik, ABŞ bu strategiyanın bəzi taktiki addımlarını artıq atmağa başlayıb:
1) ABŞ, Əsədin devrilməsi əməliyyatı vasitəsilə Astana Platformasını, Türkiyə-Rusiya-İran tərəfdaşlığını faktiki olaraq kənara qoydu.
2) ABŞ, Azərbaycan-Ermənistan arasındakı Zəngəzur Dəhlizini 99 illik müddətə Tramp Dəhlizinə çevirərək Cənubi Qafqaza, Türkiyə-İran-Rusiya arasına paz kimi daxil olmağa çalışır.
3) ABŞ, Gürcüstan-Rusiya münasibətlərini pozmağa, Gürcüstanı NATO üzvünə çevirməyə və Gürcüstanın Qara dəniz sahilində ABŞ/NATO bazası əldə etməyə çalışır.
4) ABŞ-nin səfiri Barrak mövcud mənzərə bunun əksini göstərsə də, israrla deyir: “Görəcəksiniz, Türkiyə və İsrail Xəzərdən Aralıq dənizinə qədər əməkdaşlıq edəcək.”
Buna görə də ABŞ-nin bu “əsas/böyük strategiyası” Türkiyəni Qara dəniz, Xəzər, Şərqi Aralıq dənizi və Bəsrə (Fars) körfəzi çərçivəsində İran və Rusiya ilə qarşıdurma riski ilə üz-üzə qoya bilər.
Daxili siyasi mübarizə və onunla əlaqəli əməliyyat-gözaltı prosesi isə siyasətin və ictimaiyyətin diqqətini bu əsas təhlükəyə yönəltməsinə mane olur.

