General Qaani Sərt Xəbərdarlıq Etdi: “Qəzzanın da Tufanı Var”

2 Dəq Oxuma Müddəti

Qaanidən diqqətçəkən mesaj

İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” Qüvvələrinin komandanı, briqada generalı İsmayıl Qaani yeni bəyanatla çıxış edərək bölgədəki hərbi vəziyyətə dair xəbərdarlıq edib.

Qaani bildirib ki, daha əvvəl Livandakı müqavimət qüvvələrinin imkanları barədə verilən xəbərdarlıqlara məhəl qoyulmayıb və bunun nəticəsində ciddi problemlər yaranıb.

“Biz dedik ki, Hizbullahın ‘Mirsad’ı var, amma buna əhəmiyyət verilmədi və nəticədə çıxılmaz vəziyyət yarandı”, – deyə o vurğulayıb.

“Qəzzanın də tufanı var”

Düşmən qüvvələrinə çağırış

İranlı general çıxışında Qəzzadakı vəziyyətə də toxunaraq bölgədəki silahlı qrupların imkanlarını diqqətə çatdırıb.

“Qəzzanın da tufanı var. Əgər siyasətçilərinizin istəklərinə uyğun hərəkət etsəniz, həmin tufanın tələsinə düşəcəksiniz”, – deyə Qaani bildirib.

O, çıxışının sonunda qısa və sərt mesaj verərək “Ehtiyatlı olun!” sözlərini səsləndirib.

İşğalçı İsrail ordusu itkiləri təsdiqlədi

Cənubi Livanda hərbi əməliyyatlar davam edir

Bu açıqlama sionist rejim ordusunun Cənubi Livanda itkilər verdiyini rəsmən təsdiqləməsindən sonra səsləndirilib.

Rejim tərəfi hərbi əməliyyat zamanı bir batalyon komandiri və daha üç hərbçinin öldüyünü açıqlayıb.

Sionist rejim mediası həmçinin ordunun Nəbətiyyə bölgəsində yerləşən Əli Tahir yüksəkliklərini nəzarətə götürmək cəhdinin uğursuz olduğunu bildirib.

Livanda qarşıdurmalar davam edir

Vaşinqton və Tehran arasında əldə olunduğu bildirilən razılaşmalara baxmayaraq, Cənubi Livan və Bəqaa bölgəsində hərbi gərginlik davam edir.

Müqavimət qüvvələri işğalçı İsrailin hücum və pozuntularına cavab verdiklərini bildirir. Bölgədə qarşılıqlı hücumlar nəticəsində vəziyyətin hələ də qeyri-sabit olduğu qeyd edilir.

Qəzza ilə bağlı da xəbərdarlıq edildi

Fələstin müqavimətindən bəyanat

Fələstin müqavimət qrupları da daha əvvəl yaydıqları bəyanatda Qəzza zolağına qarşı hücumların davam etməsinin danışıqlar prosesinə mənfi təsir göstərəcəyini bildiriblər.

Bəyanatda sionist rejimin həyata keçirdiyi əməliyyatların bölgədə humanitar vəziyyəti daha da ağırlaşdırdığı qeyd olunub və vasitəçilərdən mövcud razılaşmaların icrasına nəzarətin gücləndirilməsi istənilib.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş