ABŞ qərargahında koordinasiya iddiası
Sionist rejimin rəsmi yayım qurumu bildirib ki, işğalçı rjeim ordusu Qəzzaya doğru hərəkət edən “Sumud Donanması”nın qarşısını almaq üçün ABŞ-a məxsus Kiryat Qat şəhərində yerləşən qərargahdan istifadə edib.
Məlumata görə, bu mərkəzdə müxtəlif ölkələrin hərbi nümayəndələri ilə keçirilən görüşlər zamanı donanmanın qarşısının alınması məsələsi müzakirə olunub.
Beynəlxalq zabitlərlə qeyri-rəsmi müzakirələr
İddialara əsasən, rejim rəsmiləri bu görüşlərdən istifadə edərək donanmanın fəaliyyətinə mane olmaq üçün beynəlxalq dəstək əldə etməyə çalışıblar.
Qərargahda keçirilən toplantıların bir növ “qeyri-rəsmi platforma” rolunu oynadığı və burada müxtəlif yanaşmaların müzakirə edildiyi qeyd olunur.
Xarici ölkələrin mövqeyi fərqli olub
Xarici ölkələrin nümayəndələri isə bildiriblər ki, onlar öz vətəndaşlarının bu təşəbbüsdə iştirakını qadağan etmək səlahiyyətinə malik deyillər. Çünki bu təşəbbüs mülki xarakter daşıyır.
Bununla belə, bəzi ölkələrin bu prosesə müəyyən dəstək verməyə hazır olduğu da qeyd edilib.
İspaniya mövqedən imtina edib
Məlumata görə, İspaniya nümayəndələri bu məsələni müzakirə etməkdən imtina ediblər, hətta qapalı iclaslarda belə mövzuya toxunmayıblar.
Onlar bildiriblər ki, bu məsələ ilə bağlı yüksək səviyyəli göstəriş alıblar və müzakirələrdə iştirak etməyəcəklər.
Bu vəziyyət fonunda işğalçı rejimin ötən ay İspaniya nümayəndələrini Kiryat Qatdakı qərargahdan uzaqlaşdırdığı bildirilir. Bu qərarın İspaniya Baş naziri Pedro Sançesin açıqlamaları ilə əlaqəli olduğu vurğulanır.
Qərargahın funksiyası və fəaliyyətləri
Qeyd olunur ki, sözügedən ABŞ qərargahı əsasən Qəzzaya humanitar yardımların çatdırılması, yenidənqurma planlarının koordinasiyası və çoxtərəfli qüvvələrin fəaliyyətinin təşkili məqsədilə yaradılıb.
Burada ABŞ və sionist rejim nümayəndələri ilə yanaşı, 20-dən çox ölkənin hərbi zabitləri təmsil olunur.
Donanmanın saxlanılması əməliyyatı
İşğalçı rejim ordusu 29-dan 30 aprelə keçən gecə “Sumud Donanması”na daxil olan gəmilərə Yunanıstan yaxınlığında nəzarəti ələ keçirib və fəalları saxlayıb.
Məlumata görə, donanma təxminən 100 qayıq və 1000-ə yaxın fəaldan ibarət olub.
