İsfahanda pusqu əməliyyatı
İran ordusunun baş komandanı general Əmir Hatəmi bildirib ki, müharibə zamanı İsfahan vilayətində ABŞ qüvvələrinə qarşı pusqu əməliyyatı həyata keçirilib.
“Şimşək kimi hücum etdik”
Hatəminin sözlərinə görə, İran kəşfiyyat qüvvələri əvvəlcədən tam hazırlıq vəziyyətində olub və əməliyyat zamanı İran hərbçiləri düşmənə qəfil zərbə endiriblər. O qeyd edib ki, ilk atəşlə “C-130” tipli hərbi təyyarə vurulub.
Hava və helikopter itkiləri
Rəsmilər bildirir ki, əməliyyat zamanı iki “Black Hawk” helikopteri və iki ədəd “C-130” nəqliyyat təyyarəsi məhv edilib. Həmçinin vurulan təyyarənin pilotunu xilas etmək cəhdinin də uğursuz olduğu bildirilir.
ABŞ-nin fərqli mövqeyi
Bu açıqlamalara baxmayaraq, ABŞ tərəfi daha əvvəl İsfahan bölgəsində yalnız axtarış-xilasetmə əməliyyatlarının həyata keçirildiyini açıqlamışdı.
Nüvə materialı i
Tehranın açıqlamasında qeyd olunur ki, bu əməliyyatın arxasında mümkün nüvə materiallarının ələ keçirilməsi planı ilə bağlı suallar mövcuddur.
Hərbi güc zəifləməyib
Hatəmi həmçinin İranın dəniz və hava qüvvələrinin məhv edildiyi barədə açıqlamaları rədd edib. Onun sözlərinə görə, bu qüvvələr tam döyüş hazırlığı vəziyyətindədir.
“Düşmən məsafə saxlayır”
O bildirib ki, ABŞ qüvvələri İranın hərbi potensialına görə 300–400 kilometr məsafədə qalmağa məcburdur.
Pakistan səfəri nümunə kimi göstərildi
Hatəmi qeyd edib ki, Pakistan ordusunun rəhbərinin İrana səfəri zamanı təhlükəsizlik İran tərəfindən təmin edilib və əlavə müşayiətə ehtiyac duyulmayıb.
“İran geri çəkilməyəcək”
Sonda iranlı general vurğulayıb ki, ABŞ və sionist rejim İran xalqını təslim etməyə nail ola bilməyəcək və ölkə öz müstəqilliyini qorumaqda davam edəcək.
