“Ən azı bir təyyarə vurulub”
United States Central Command rəsmisi Küveytdə ən azı bir ABŞ hərbi təyyarəsinin vurulduğunu açıqlayıb. Onun sözlərinə görə, təyyarənin ekipajı katapult edərək təhlükəsiz şəkildə xilas olub.
Küveytin rəsmi KİV-ləri isə ölkənin Müdafiə Nazirliyinə istinadla bir neçə ABŞ hərbi təyyarəsinin vurulduğunu bildirib və hadisənin səbəbləri ilə bağlı araşdırma aparıldığını qeyd edib.
İran tərəfinin açıqlamaları
İran dövlət televiziyası isə “Xatəmül-Ənbiya” mərkəzi qərargahına istinadən hava hücumundan müdafiə qüvvələrinin ABŞ-a məxsus F-15 tipli qırıcı təyyarəni hədəfə alaraq vurduğunu açıqlayıb
Məlumata görə, təyyarə İran ərazisinə doğru hərəkət edirmiş və qalıqları hadisə yerinin Küveyt sərhədinə yaxın olması səbəbilə bu ölkə ərazisinə düşüb.
Gərginlik davam edir
Hadisə ABŞ-İsrailin İrana qarşı davam edən hərbi əməliyyatları və Tehranın buna cavab addımları fonunda baş verib. Son günlər İranın bölgədəki ABŞ mövqelərini hədəfə aldığı, həmçinin hava hücumlarından müdafiə sistemlərinin aktivləşdirildiyi bildirilir.
Hazırda hadisənin detalları və təyyarələrin dəqiq sayı ilə bağlı rəsmi məlumatlar dəqiqləşdirilir.
