Zülmə etinasızlıq və Aşura qiyamı - KÖŞƏ YAZISI

Zülmə etinasızlıq və Aşura qiyamı - KÖŞƏ YAZISI

Rasthaberin baş redaktoru, hüquqşünas Ziya Türkyılmaz yeni yazısında Aşura qiyamını və zülmə biganəliyi dəyərləndirib.

Bismillahir-rahmənir-rahim
İslamın zühurundan 58 il sonra (622) və İslam peyğəmbərinin dünyanı tərk etməsindən 48 il sonra baş verən Aşura qiyamından söhbət gedirsə, bu bir həqiqətdir ki, zəmanəmizin insanları fəlakətin dərinliyini anlamaqda çətinlik çəkirlər. Mövzunu yalnız Əməvi sultanının, onun valiləri və sərkərdələrinin vəhşiliyi ilə məhdudlaşdırmaq hadisəni bütünlüklə başa düşməyə mane ola bilər. Bu, tam olaraq bu gün Qəzzada davam edən soyqırımı sionist quldur dəstələrinin qəddarlığı ilə məhdudlaşdırmaq və təkəbbürlü güclərin, xüsusilə də müsəlman dövlətlərin rolunu görməməzliyə vurmaq kimidir. Yəni təkcə sultanlar deyil, sultanlara yardım edənlər, sultanların zülmünü ört-basdır edənlər, sultanların zülmü qarşısında susqun və biganə qalanlar da padşahlara edilənlərə görə məsuliyyət daşıyırlar. 

Aşura qiyamətini dərk etmək üçün bugünkü hadisələrdən, bugünkü hadisələrin nəticələrini anlamaq üçün isə Aşura qiyamındən dərs götürməliyik.

Bu gün Fələstində və Qəzzada günahsız uşaqlara və müdafiəsiz dinc insanlara qarşı həyata keçirilən soyqırıma İslam və müsəlman olduğunu iddia edən liderlərin və rejimlərin niyə biganə qaldığını anlamaq üçün Aşura mesajlarını yaxşı anlamaq lazımdır. Yalnız Aşura qiyamının əsl mahiyyəti, Qəzzada günahsız uşaqların qətliamına səssiz qalanların, bu soyqırımın qarşısını almaq üçün güclərindən istifadə etməkdən qorxan, tərəddüd və biganəlik nümayiş etdirənlərin müsəlman xalqını aldatmaq üçün nə üçün özlərini İmam Hüseyn və Əhli-beytin dostu kimi göstərmələri Aşura qiyamının əsl mahiyyəti dərk olunarsa anlaşıla bilər.

Müsəlmanın hər bir əməli/davranışı əqidə, düşüncə və vəzifə əsasında olmalıdır. Müsəlman yaşadığı dövrün ehtiyaclarını bilməli, bu dövrdə prioritetlərini təyin etməli və hansı zamanda nə etməsi lazım olduğunu diqqətlə hesablayaraq hərəkət etməlidir. Hüseyni də bu qayda çərçivəsində qiyam qarşısında vəzifəsini müəyyən etməlidir.

OXUMAQ ÜÇÜN KLİKLƏYİN!

Xəbəri paylaş

VİDEOLAR