İranın xarici işlər naziri öz regional səfərinin davamında İstanbula daxil olub.
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İran XİN rəhbəri Məhəmməd Cavad Zərif bu gün İstanbula daxil olarkən müxbirlər qarşısında deyib: "Bizim Türkiyə ilə əlaqələrimiz olduqca mühüm əlaqələrdir və iki və çoxtərəfli, eləcə də regional məsələlərdə Türkiyə ilə məşvərət son dərəcə həyati önəm daşıyır."
O, region ölkələrinin həmkarlığı yolu ilə Qafqazda davamlı sülh zəminlərinin yaradılması zərurətinə işarə edərək, deyib ki, özünün Azərbaycan Respublikası, Ermənistan, Rusiya və Gürcüstana səfərlərində bu məsələni detalları ilə həmin ölkələrin yüksək vəzifəli rəsmilərinə bildirdim və Türkiyədə qardaşlarla olacaq görüşlərdə bu məsələləri izləyəcəyik ki, Qarabağ macərasından sonra əlaqə yolları və tranzit sahəsi xüsusiyyət təşkil etməklə əməkdaşlıq zəminləri yaranmış olsun.
İranın xarici işlər naziri Qarabağ üzrə altıtərəfli mexanizmlə bağlı deyib: "Bu məsələ keçmişdə Ərdoğan tərəfindən irəli sürülmüşdü. Bu barədə digər region rəsmilərilə də danışdım və bu danışıqların nəticəsini Türkiyə rəsmilərinə bildirəcəyəm."
"Bəzi maneələr mövcud olsa da bu məsələ xüsusən tranzit sahəsində həmkarlıq yollarından biri kimi olduqca mühümdür. Ümid edirik ki, bu maneələr aradan qaldırılacaq.", deyə Zərif əlavə edib.