Zərif Trampın cavabına cavab verdi: Tərcüməçinin dediklərinə yox, reallığa əsasən qərar ver!

Zərif Trampın cavabına cavab verdi: Tərcüməçinin dediklərinə yox, reallığa əsasən qərar ver!

İranın XİN rəhbəri Məhəmməd Cavad Zərifin Der Spiegel -ə müsahibəsi ABŞ mediası tərəfindən cümlə təhrifləri edilib.

Rasthaber Azərbaycan xəbər verir ki, bir neçə gün öncə İranın XİN rəhbəri Məhəmməd Cavad Zərifin Der Spiegel -ə müsahibəsi ABŞ mediası tərəfindən cümlə təhrifləri edilib.

Bu da, Trampda rahatlıq yaradıb. Belə ki, Tramp Foxnyus-un xəbərlərinə istinadla Zərifin (İranın) danışıqlara meylli olduğunu, lakin sanksiyaların götürülməsini istədiyini düşünüb tvitterdə “İranın xarici işlər naziri deyir ki, İran Birləşmiş Ştatlarla danışıqlar aparmaq istəyir, amma sanksiyalar aradan qaldırılmalıdır”, Tramp fars və ingilis dillərində yazıb və sonra “Xeyr, təşəkkürlər...” - deyə, əlavə edib.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif yanvarın 26-da Tvitterdəki hesabında yazıb: "Yaxşı olar ki, Donald Tramp xarici siyasətdə Foks Nyusun xəbər başlıqları yaxud özünün fars dili təcüməçilərinə istinadla deyil, reallıqlara əsasən çıxış edib qərar versin" 

Zərif həmçinin, Almaniyanın Der Spiegel jurnalı ilə müsahibəsinin onun inglis dilində nəşr olunan versiyasındakı şəkilini paylaşıb və Trampa yaxşı anlamaq üçün bütün müsahibəni inglis dilində oxumasını məsləhət görüb. 

Der Spiegel jurnalına verdiyi müsahibəsində İranın saksiyalar aradan qaldırılsa, Amerika ilə danışıqlara hələ də açıq olduğunu dediyi hissəni yerləşdirib.

 

Xəbəri paylaş

VİDEOLAR