İran xarici işlər naziri, bu Nazirliyin BMT-nin qanunsuz qətllər üzrə xüsusi məruzəçisi tərəfindən ABŞ-ın qınanılması prosesini izləndiyini bildirib.
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İranın xarici işlər naziri Məhəmməd Cavad zərif yanvarın 13-də Tehranda "Müqəddəs Müdafiənin Beynəlxalq və Hüquqi Tələbləri" üzrə beynəlxalq konfransın siyasət şurasının iclasında, ABŞ-ın BMT-nin qanunsuz qətllər üzrə xüsusi məruzəçisi tərəfindən qınanmasının İranın Xarici İşlər Nazirliyi tərəfindən izləndiyini bəyan edib.
"General-leytenant şəhid Qasim Süleymani və onun yoldaşlarının terrorunun qanuni təqib yeri İran və İraq məhkəmələridir", -deyə o bildirib.
Zərif İraqın Ali Məhkəmə Şurasının ABŞ prezidenti Donald Trampın müqavimət komandirlərinə qarşı terror cinayətinə görə həbs olunmasına dair qərarını xatırladaraq deyib: "Bu qərar Xarici İşlər Nazirliyi və digər qurumlar tərəfindən edilən bir çox təqiblər fonunda çıxarılıb".