İran İslam Respublikasının Xarici işlər Naziri Məhəmməd Cavad Zərif, Orta Asiya bölgəsinə səfəri və Qazaxıstan səlahiyyətliləri ilə müzakirələri haqqında verdiyi şərhdə, İranın prioritetinin qonşuları olduğunu vurğulayıb
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbərinə görə, İran Xarici işlər Naziri Zərif twitter hesabında yazdığı mesajında Qazaxıstan səfərinin səmərəli keçdiyini bildirib.
"Bölgəyə diplomatik səfərimin üçüncü məqsədi olan Qazaxıstanda Respublika başçısı Kasım Comart Tokayev və Xarici işlər Naziri Muxtar Niluberdi ilə çox məhsuldar görüşmələrimiz oldu. İki ölkənin regional sabitlik və qlobal nüvə tərkisilah istiqamətində bir çox ortaq hədəfləri var.", -deyə Zərif qeyd edib.
Zərifin Orta Asiyanın dörd Respublikası Özbəkistan, Qırğızıstan, Qazaxıstan və Türkmənistan turnesi bazar ertəsi günündən başlayıb.