Zərif Bakıya gəlib

Zərif Bakıya gəlib

Heydər Əliyev Beynəlxalq Aeroportunda Məhəmməd Cavad Zərif jurnalistlərə açıqlama verib

AZƏRTAC-ın məlumatına əsasən, Heydər Əliyev Beynəlxalq Aeroportunda Məhəmməd Cavad Zərif jurnalistlərə deyib ki, "İran qardaş və dost dövlət olaraq Azərbaycanın qələbə qazanmasından məmnunluq duyur və sevinir ki, torpaqları işğaldan azad edilib."

Nazir qeyd edib ki, Azərbaycanın rəsmi şəxsləri ilə keçirəcəyi görüşlərdə regional təhlükəsizlik, qarşılıqlı əməkdaşlıq məsələlərini və yaranmış yeni situasiyanı müzakirə edəcək. Bunlarla yanaşı Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində həyata keçiriləcək işlər də müzakirə olunacaq.

IRNA agentliyinin bildirdiyinə görə, Zərif Bakıda bazar ertəsi günü Azərbaycan prezidenti İlham Əliyev, həmkarı Ceyhun Bayramov və Azərbaycan Baş nazirinin birinci müavini Şahin Mustafayevlə ikitərəfli münasibətlər və regional inkişaf məsələlərini müzakirə etməyi planlaşdırır.

Xəbəri paylaş

VİDEOLAR