Zərif: ABŞ öz öhdəliklərini yerinə yetirməyə geri dönməlidir

Zərif: ABŞ öz öhdəliklərini yerinə yetirməyə geri dönməlidir

İran İslam Respublikasının xarici işlər naziri bildirib ki, Amerika nüvə anlaşmasındakı öhdəliklərini yerinə yetirmək üçün geri dönməlidir.

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir, Zərif, Tehranın addımlarının nüvə anlaşması ilə uyuşduğunu bidirərək,/ üzərinə götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirməsi üçün ABŞ-ın bu anlaşmaya qayıtmasının zəruriliyini vurğulayıb.

Məhəmməd Cavad Zərif dünən axşam CNN telekanalı ilə müsahibəsində sonra belə söyləyib: "Birləşmiş Ştatlar özünün nüvə anlaşmasına qayıtması üçün şərait yaratmalıdır, zira Birləşmiş Ştatlar nüvə anlaşmasında mövcud olan köklərə məhəl qoymadan, öz qərarı ilə bu anlaşmadan çıxdı."

"Digər tərəfdən, İran nüvə anlaşmasının mexanizmlərindən öz həmkarlığını məhdudlaşdırmaq üçün istifadə edir və 36-cı maddəni oxusanız, görərsiniz ki, Tehran bu anlaşmaya tam uyğun formada hərəkət edibdir. İndi Birləşmiş Ştatlar öz öhdəliklərini yerinə yetirməyə geri dönməlidir və belə olan halda İran dərhal cavab verməyə hazır olacaqdır.", -deyə Zərif əlavə edib.

Xəbəri paylaş

VİDEOLAR