Zəkzakinin durumuyla bağlı yeni açıqlama

 Zəkzakinin durumuyla bağlı yeni açıqlama

Nigeriya İslami Hərəkatı Zəkzakinin durumuyla bağlı açıqlama yayıb.

Rasthaber Azərbaycan xəbər verir ki, Nigeriya İslami Hərəkatı Şeyx İbrahim Zəkzakinin durumuyla bağlı açıqlama yayıb.
Nigeriya İslami Hərəkatı Şeyx Zəkzaki və həyat yoldaşının Kaduna həbsxanasına köçürülməsinə etiraz edib.
Hərəkatın yayımladığı açıqlamada "Şeyx Zəkzaki ilə həyat yoldaşı həkim nəzarətində saxlanılmaya möhtac durumdadırlar və həbs edilmələri onların haqlarının pozulmasıdır.", -deyə qeyd edilib.
Nigeriya İslami Hərəkatı  ölkə rəsmilərindən bu iki nəfərin dərhal azad edilmələrini istəyib.
Açıqlamada Kaduna həbsxanasında şəraitin çox pis durumda olduğu və hər hansı bir tibbi şəraitin olmadığı önə çəkilib.

Xəbəri paylaş

VİDEOLAR